Azərbaycanlı FIFA referisi beynəlxalq təyinat aldı

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.

O, avqustun 16-dan 18-dək çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turnirinin görüşlərini idarə edəcək.

Bu mərhələnin oyunları İtaliyanın Katanya şəhərində keçiriləcək.