Voleybol yığmamız Sloveniyanı məğlub etdi

Avropa çempionatına Sloveniyada hazırlaşan voleybol üzrə qadınlardan ibarət millimiz ilk yoxlama oyununda qüvvəsini sınayıb.

Futbolqol.az xəbər verir ki, hazırlıq proqramına əsasən komandamız meydan sahibləri ilə qarşılaşıb.

Oyun yığmamızın qələbəsi (3:0) ilə başa çatıb. Komandalar arasında sabah daha bir qarşılaşma keçiriləcək və bundan sonra yığmamız Avropa çempionatının keçiriləcəyi Macarıstanın Budapeşt şəhərinə yollanacaq.
C qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya, Macarıstan yığmalarıdı.
Qeyd edək ki, son Avropa çempionatında millimiz IV yerin sahibi olub.