Həbib Nurməhəmmədov UFC reytinqində ikinci oldu

Mütləq döyüş çempionatının (UFC) qalibi, rusiyalı yüngül çəkili idmançı Həbib Nurməhəmmədov təşkilatın reytinq siyahısında ikinci yerdə qərarlaşıb.

Futbolqol.az xəbər verir ki, Əbu-Dabidə yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov ilə təşkilatın müvəqqəti çempionu Dastin Porye arasında təkbətək döyüş rusiyalı idmançının vaxtından əvvəl qələbəsi ilə başa çatıb. Üçüncü raundda Rusiya idmançısı amerikalının müqavimətini qırıb və boğucu fəndlər tətbiq etməklə qələbə qazanıb.

Reytinq siyahısında birinci yeri amerikalı Con Cons tutmaqda davam edir. Siyahıda üçüncü yerdə amerikalı Henri Sexudo qərarlaşıb.