Mingəçevirdə keçirilən region birinciliyində 200-dən çox cüdoçu yarışıb

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyi bu dəfə Mingəçevirdə baş tutub.

Futbolqol.az Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarışların açılış mərasimində çıxış edənlər Şimal - Qərb bölgə çempionatında Qax, Zaqatala, Şəki, Balakən və Mingəçevir şəhərinin 200-dən çox yeniyetmə cüdoçusunun mübarizə apardığını bildiriblər.

Region birinciliyinin iki yaş qrupu üzrə keçirildiyi qeyd olunub. Mingəçevirdən əvvəl Göygöl və Naftalan şəhərlərində də bölgə yarışlarının təşkil edildiyi vurğulanıb. İlk gün U-15 yaş qrupu üzrə kiçik yaşlı yeniyetmə cüdoçular, sonra isə U-18 yaş qrupunun atletləri medallar uğrunda mübarizə aparıblar.

Qaliblərin siyahısı:

U-15

Oğlanlar

30 kq Mövladzadə Nihad

34 kq Dursunov Fərid

38 kq Əliyev İbrahim

42 kq Sadıqov Ramiz

46 kq Səmədov Allahverdi

50 kq Rüstəmov Turan

55 kq Rəşidov Elvin

60 kq Əhmədzadə Orxan

66 kq Vəliyev Vəli

73 kq Qarayev Ramazan

+73 kq Əsirov Toğrul

Qızlar

36 kq İspəndiyarova Rəvanə

44 kq Məsiyeva Əzizə

48 kq İsmayılova Gülay

U-18

Oğlanlar

46 kq Həsənov Faiz

50 kq Novruzov Cəlil

55 kq Rəhimov İslam

60 kq Əmrəliyev Rüstəm

66 kq Soltanov Novruz

73 kq Əliyev Vüsal

81 kq Zamanov İsmayıl

90 kq Mollayev İlham

Qızlar

52 kq Cəbrayılzadə Fatimə

Qaliblərə medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub. Növbəti bölgə birinciliyi Şamaxı şəhərində keçiriləcək.