"Araz" bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək

"Araz" komandası bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək.

Futbolqol.az xəbər verir ki, futzal üzrə Azərbaycan çempionu "De Bres Arena”da Belçika çempionu “Halle Gooik”lə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 22:30-da başlanacaq matça "Araz" itkilərlə çıxacaq. Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyib. Çətin durumla üzləşən Naxçıvan təmsilçisi 8 futzalçı ilə mübarizə aparacaq.

9 oktyabr

Çempionlar Liqası

22:30. "Araz” - “Halle Gooik” (Belçika)

Halle şəhəri. "De Bres Arena"

Hakimlər: Nikola Jelic (Xorvatiya), Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova)

Hakim-inspektor: Silvo Borosak (Sloveniya)

UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya)