Yeniyetmə şahmatçımız dünya çempionatına liderlik edir

Hindistanda 14, 16, 18 yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə dünya çempionatı keçirilir.

Futbolqol.az xəbər verir ki, 14 yaşlı şahmatçılar arasında açıq turnirdə mübarizə aparan təmsilçimiz Aydın Süleymanlı 7 turdan sonra 6 xalla birinci yerdə qərarlaşıb.

On bir turdan ibarət dünya çempionatına oktyabrın 12-də yekun vurulacaq.