Hacı Əliyev Rusiyada uduzdu

Rusiyada Dmitri Korkinin xatirəsinə həsr olunmuş güləş turnirinə start verilib.

Sərbəst güləş üzrə milli komandamızın lideri Hacı Əliyev yarışda uğursuz çıxış edib.

Üç qat Dünya çempionu 1/8 final mərhələsində gözlənilmədən Buryatiyanı təmsil edən Daşa Şarastepanova uduzub. Hacının rəqibi 1/4 finalda məğlub olduğundan, güləşçimiz mübarizəni dayandırıb.

Qeyd edək ki, bu, Əliyevin Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş Dünya çempionatından sonra ilk yarışı idi. Həmyerlimiz mundialda qalmaqallı görüşdə Rusiya pəhləvanına uduzaraq, Olimpiya oyunlarına lisenziya ala bilməmişdi.