Məşhur şirkət “Mançester Yunayted”ə sponsorluqdan imtina edir

“Chevrolet” şirkəti “Mançester Yunayted”in titul sponsorluğundan imtina edə bilər.

“Chevrolet”in ana şirkəti olan “General Motors” “qırmızı şeytanlar”la 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmamaq haqda düşünür. Buna əsas səbəb kimi klubun hazırkı nəticələri göstərilir. Bundan başqa, 2012-ci ildə klubla müqavilə imzalayan “Chevrolet”in direktoru da artıq şirkəti tərk edib.

Qeyd edək ki, bu əməkdaşlıqdan “Mançester Yunayted” ümumən 450 milyon funt gəlir götürəcək.