Heydərov Dünya Çimərlik Oyunlarında mükafatsız qaldı

Azərbaycan karateçisi Roman Heydərov Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Dünya Çimərlik Oyunlarında mükafatçılar arasına düşə bilməyib.

Futbolqol.az xəbər verir ki, o, ikinci mərhələdə liderliyi əldən verib.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov yarışları işləyiblər.

Qeyd edək ki, karate olimpiya növü bu mötəbər yarışın proqramına ilk dəfə daxil edilib və idmançılar yalnız kata çıxışlarında mübarizə aparıblar. Yarışda 5 qitədən 33 ölkəni təmsil edən 64 karateçi iştirak edib.