ABŞ-da "Formula 1" üzrə daha bir Qran-pri keçiriləcək

ABŞ-ın Florida ştatındakı Mayami şəhərində 2021-ci ildə "Formula 1" üzrə Qran-pri keçiriləcək.

Bununla bağlı "Formula 1" və Mayami rəsmiləri arasında razılıq əldə olunub. Yarış "Mayami Dolfins"in ev oyunlarını keçirdiyi "Hard Rock Stadium"un ətrafında gerçəkləşəcək. Qran-prinin şəhər küçələrində təşkilinə dair müraciət isə yerli rəhbərliyin sərt etirazı ilə qarşılanıb.

Qeyd edək ki, ABŞ-da daha bir Qran-pri Texas ştatındakı Ostin şəhərində keçirilir.