Futzal üzrə Azərbaycan millisi Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq

Azərbaycan milli komandası 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq.

Futbolqol.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq seçmə mərhələdə millimiz Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq.

Futzalçılarımız oktyabrın 23-də Moldova, ertəsi gün Monteneqro, ayın 26-da isə Slovakiya yığmaları ilə qarşılaşacaqlar.