Hemilton mühərrik təkmilləşdirilməsinin “Mercedes” tərəfindən düzgün şəkildə aparılmamasını etiraf edib

Formula 1 çempionatının “Mercedes” komandasının pilotu Luis Hemilton komandanın 2019-cu ildə çıxışını şərh edib.

Futbolqol.az xəbər verir ki, mövsümün sonuna dörd mərhələ qalmış “Mercedes” özünə ardıcıl olaraq altıncı dəfə Konstruktorlar Kubokunu qazanmağı təmin edib. Lakin çempionatın ikinci yarısında komandanın liderliyi müşahidə olunmur. Mühərrik sayəsində trasın düz hissəsində “Ferrari” üstünlüyə malikdir.

“Bu, mühərrikin təkmilləşdirilməsi baxımından bizim üçün yaxşı mövsüm deyil. Komanda üzvləri çətin dövr yaşayıblar. Onlar həmişəki kimi səylə çalışırlar, lakin bu şöbənin işi o qədər də uğurlu olmadı”, - deyə “RaceFans” Hemiltonun sözlərindən sitat gətirir.

Hemilton, həmçinin ön müqavimətin həddən artıq yüksək səviyyəsindən şikayətlənib.

“Gələn mövsümdə biz həm gücü artırmalı, həm də ön müqavimətin azaldılmasına nail olmalıyıq”, - deyə o, əlavə edib.