Qadın millimiz Ukrayna voleybolçularını qəbul edəcək

Futbolqol.az saytı xəbər verir ki, “A” qrupunda yer alan Azərbaycan millisi ilk görüşünü Ukraynaya qarşı keçirəcək.

Faiq Qarayevin rəhbərlik etdiyi komanda rəqibini Bakıda, Voleybol Mərkəzində qəbul edəcək. Matç saat 18:00 start götürəcək. Qarşılaşmanı Epaminondas Gerothodorosla (Yunanıstan) Eldar Əliyev (Azərbaycan) idarə edəcəklər.

Qrupun digər görüşündə Bolqarıstan Portuqaliyanı sınağa çəkəcək.