Bir ölkə Bakıda keçirilən turnirə gəlməyəcək

Futbolqol.az xəbər verir ki, iyunun 23-də təşkil olunacaq turnirdə 33 deyil, 32 yığma iştirak edəcək. Bu ölkələr 52 oğlan və 44 qız gimnastla təmsil olunacaq. Reqlamentə əsasən, çoxnövçülük yarışında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla, ilk “17-lik”də yer alacaq iştirakçılar Buenos-Ayres-2018-ə getmək şansı əldə edəcəklər.Oğlan gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparacaqlar. Ölkəmizi isə bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edəcəklər. İl

kin siyahıda 58 oğlan və 54 qız idmançının yarışacağı açıqlanmışdı.