“Avro 2019”: Şahmatçılarımızın növbəti rəqibləri Xorvatiya və İtaliya yığmaları olacaq

Batumidə şahmat üzrə komandalararası Avropa çempionatının beşinci turunda komandalarımızın rəqibləri müəyyənləşib.

Futbolqol.az xəbər verir ki, kişilərdən ibarət komandamız Xorvatiya, qadın yığmamız isə İtaliya şahmatçıları ilə üz-üzə gələcəklər. Bugünkü oyunlarda Şəhriyar Məmmədyarov iştirak etməyəcək. Onu komandanın kapitanı Eltac Səfərli əvəz edəcək. E.Səfərlinin rəqibi Ante Brkic olacaq. Rauf Məmmədov Marin Bosiocic, Qədir Hüseynov Hrvoje Stevic ilə mübarizə aparacaqlar. Qadın şahmatçılarımız Günay Məmmədzadə Marina Brunello, Xanım Balacayeva Olga Zimina, Ülviyyə Fətəliyeva Elena Sedina, Gülnar Məmmədova Daniela Movileanu ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, kişilərdən ibarət komandamızın aktivində 1 məğlubiyyət, 3 qələbə var. Belə ki, yığmamız Serbiya (3,5:0,5), Fransa (2,5:1,5), Çexiya (2,5:1,5) yığmaları üzərində qələbə qazanıb, Ukrayna şahmatçılarına məğlub olublar - (1,5:2,5). Qadın yığmamız isə Latviya (4:0), Avstriya (3,5:0,5), Rumıniya (2,5:1,5) yığmalarına qalib gəlib. Təmsilçilərimiz İspaniya şahmatçılarına uduzublar - (0,5:3,5).

Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.