Avropa çempionatı: Azərbaycan şahmatçıları Almaniya və Rusiya ilə qarşılaşır

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında VI turun qarşılaşmaları başlayıb.

Kişilərdən ibarət Azərbaycan yığması bu turda Almaniya ilə, qadınlar isə Rusiya ilə üz-üzə gəlir.

Kişilər

Almaniya - Azərbaycan

Liviu-Diter Nisipyanu - Şəhriyar Məmmədyarov

Matias Blyuebaum - Arkadi Naydiç

Daniel Fridman - Rauf Məmmədov

Qeorq Meyer - Qədir Hüseynov

Qadınlar

Azərbaycan - Rusiya

Günay Məmmədzadə - Aleksandr Qoryaçkin

Ülviyyə Fətəliyeva - Katerina Laqno

Gülnar Məmmədova - Olqa Qirya

Türkan Məmmədyarova - Valentina Qunina

Qeyd edək ki, 5 turdan sonra kişilərdən ibarət komanda 7 xalla 5 - 8-ci, qadınlardan ibarət yığma isə 8 xalla 2 - 4-cü yerləri bölüşür.