Şahmatçımız Kipr turnirində liderlər qrupunda mübarizəni davam etdirir

Kiprin Larnaka şəhərində şahmat üzrə beynəlxalq turnirdə təmsilçimiz Azər Mirzəyev liderlər qrupunda çıxışını davam etdirir.

Şahmatçımız A.Mirzəyev 6-cı turda litvalı Valeri Kazakouski ilə heç-heçə edib. Aktivində 5 xal olan şahmatçımız 1-8-ci yerləri bölüşür. Onun növbəti turda rəqibi ukraynalı Andrey Sumets olacaq.

Yarışda 140 şahmatçı mübarizə aparır ki, onların da 12-si qrossmeysterdir.

Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarət olacaq.