Qılıncoynatma məşqçiləri üçün seminar təşkil olunub

Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən məşqçilər üçün seminar təşkil olunub.

Futbolqol.az xəbər verir ki, seminarda təlimçi qismində Əməkdar məşqçi, elit kateqoriyalı beynəlxalq dərəcəli hakim, hazırda ABŞ-da məşqçi kimi çalışan Fikrət Vəliyev çıxış edib.

İnteraktiv şəkildə keçirilən seminarda F.Vəliyev müasir qılıncoynatmada məşqçiliyin tendensiyaları, hakimlikdə baş verən son dəyişikliklər barədə məlumat verib.