"ShamkirChess 2019": Şahmatçılarımızın duelində qalib müəyyənləşmədi

Futbolqol.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5. İlk turda da heç-heçə edən qrossmeysterlərin hərəsinin 1 xalı var.

Hazırda Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya), Dinq Liren (Çin) - Alekandr Qrişuk (Rusiya), Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya) görüşləri davam edir.

Qeyd edək ki, "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.