"ShamkirChess 2019": III turun görüşləri keçiriləcək

Futbolqol.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarov qara fiqurlarla oynayacaq. Rəcəbov liderlər qrupunda yer alan çinli Dinq Lirenlə üz-üzə gələcək. Məmmədyarov isə son pillələrdə olan hindistanlı eks-dünya çempionu Vişvanatan Anandla gücünü sınayacaq.

"ShamkirChess 2019"

III tur

2 aprel

Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan)

David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç)

Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin)

Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya)

Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Qeyd edək ki, ilk 2 turdan sonra Karlsen, Karyakin və Liren hərəyə 1,5 xalla ilk 3 pillədə yer alıblar. Topalov, Navara, Məmmədyarov və Rəcəbov hərəyə 1 xalla 4 - 7-ci yerləri bölüşür. Hərəyə 0,5 xalı olan Qrişuk, Anand və Giri 8 - 10-cu yerlərdə qərarlaşıblar.