Hemilton “Formula 1” tarixinin ən çox qazanan pilotudur

Futbolqol.az "Forbes" jurnalına istinadən xəbər verir ki, 34 yaşlı idmançının “Formula 1” karyerası ərzində əmək haqqı və bonus ödənişlərindən ibarət gəliri 489 milyon dollara çatıb.

1999-cu ildən 7 dəfə “Formula 1” üzrə dünya çempionu olan almaniyalıMixael Şumaxer 464 milyon dollar gəlirlə ikinci, ötən mövsüm karyerasını başa vurmuş ispaniyalı Fernando Alonso isə 458 milyon dollar qazancla üçüncü olub.

Qeyd edək ki, Lüis Hemilton ötən mövsüm "Mercedes" komandası ilə müqaviləsini 2020-ci ilə qədər uzadıb. 2007-ci ildən yarışlarda iştirak edən pilot 5 dəfə “Formula 1”də çempion olub.