"ShamkirChess 2019": Teymur Rəcəbovdan ardıcıl üçüncü heç-heçə

Futbolqol.az-ın məlumatına görə, 32 yaşlı qrossmeyster III turda Çin təmsilçisi Dinq Lirenlə üz-üzə gəlib. O, əvvəlki turlarda olduğu kimi, bu görüşünü də heç-heçə ilə yekunlaşdırıb. 3 turdan sonra Rəcəbovun 1,5, Dinq Lirenin isə 2 xalı var.

Hazırda Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan), David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç), Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) və Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir.

Qeyd edək ki, turnirə aprelin 9-da yekun vurulacaq.