Konor Makqreqor karyerasını bərpa etdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor karyerasını bərpa edib.

Futbolqol.az xəbər verir ki, 31 yaşlı irlandiyalı döyüşçü bu barədə “Twitter” hesabında yazıb. 9 gün əvvəl karyerasını başa vurduğunu açıqlayan idmançı fikrini dəyişib.

Qeyd edək ki, Makqreqor indiyə qədər keçirdiyi 25 döyüşdən 21-də qalib gəlib. O, sonuncu dəfə ötən ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub.