Azərbaycanın iki idman gimnastı II Avropa Oyunlarına lisenziya qazandı

Azərbaycanın iki idman gimnastı "Minsk-2019" II Avropa Oyunlarına lisenziya qazanıb.

Futblqol.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar İvan Tixonov və Marina Nekrasovadır. Polşanın Şetsin şəhərindəki Avropa çempionatında çoxnövçülük yarışında finala yüksələn gimnastlar növbəti Oyunlarda iştirak hüququna yiyələniblər.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək.