Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında bu günyunan-Roma güləşi üzrə yarışa start veriləcək.

Futbolqol.az xəbər verir ki, 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələrində çıxış edən güləşçilər döşək üzərinə çıxacaqlar.

Bütün çəkilərdə təmsil olunan Azərbaycan pəhləvanları mübarizəyə təsnifat mərhələsindən başlayacaqlar.

55 kq

Təsnifat. Eldəniz Əzizli - Sebastyan Kolompar (Serbiya)

63 kq

Təsnifat. Taleh Məmmədov - Donior İslamov (Moldova)

77 kq

Təsnifat. Elvin Mürsəliyev - Roland Şvarts (Almaniya)

87 kq

Təsnifat. İslam Abbasov - Denis Kudla (Almaniya)

130 kq

Təsnifat. Sabah Şəriəti - Stepan David (Çexiya).