Azərbaycan üzgüçüsü Dünya Kubokunda ikinci medalını qazanıb

Azərbaycanın üzgüçülük növü üzrə paralimpiya milli komandasının üzvü Roman Saleh Şotlandiyanın Qlazqo şəhərində keçirilən Dünya Seriyasında ikinci medalını qazanıb.

İdmançı yarışın son günündə batterflay üsulu ilə 100 metr məsafəyə üzmədə 58.63 saniyəlik nəticə göstərərək bürünc medala sahib olub.

Qeyd edək ki, Roman Saleh yarışın ilk günlərində üzgüçülüyün arxasıüstə üzmədə 100 metr məsafədə 1:00:61 nəticə ilə qızıl medal qazanıb.