Məşhur basketbolçu narkotik vasitəyə görə saxlanıldı

Milli Basketbol Liqasının (NBA) "Brooklyn Nets" klubunun oyunçusu D Anjelo Rassel Nyu-York hava limanında təyyarəyə narkotik maddələri keçirtməyə cəhd edərkən saxlanılıb.

Futbolqol.az-ın məlumatına görə, bu barədə "Fox telekanalı" bildirib.

Qeyd edilir ki, polis əməkdaşları idmançının əşyaları arasındakı çay qutusunda gizli aparılan marixuana aşkarlayıblar.

"Brooklyn Nets"in mətbuat xidmətindən bildirilib ki, klub artıq hadisədən məlumatlıdırlar.

İdmançı özü isə saxlanılması faktını şərh etməkdən imtina edib.

Daha əvvəl NBA-da pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar bəlli olub.