Kolumbiya Amerika Kubokunda "play-off"a yüksəldi - VİDEO

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin 2-ci tur matçında Kolumbiya yığması Qətər millisi ilə qarşılaşıb.

Futbolqol.az xəbər verir ki, matç cənubi amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qol 85-ci dəqiqədə vurulub: Duvan Sapata Hames Rodriqesin ötürməsindən sonra fərqlənib.

Ardıcıl ikinci qələbəsini qazanan Kolumbiya "B" qrupunun birinci pilləsində möhkəmlənib və turnirin "play-off" mərhələsini özünə təmin edib.

Qrupun digər qarşılaşmasında Argentina Paraqvayla bacarmayıb -1:1.

Hazırda Kolumbiya qrupda 6 xalla birinci, Paraqvay 2 xalla 2-ci, Qətər 1 xalla 3-cü, Argentina isə 1 xalla sonuncu pillədə qərarlaşıb.