“Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - VİDEO

İspaniyanın “Sevilya” klubunun əvəzedici komandasının futbolçusu Xoao Malek qəza törədib.

Hadisəyə səbəb 20 yaşlı futbolçunun idarə etdiyi avtomobillə sürət həddini aşması olub. Onun maşını idarəetməni itirərək qarşıda gedən avtomobilə çırpılıb.

Nəticədə həmin nəqliyyat vasitəsindəki yeni ailə quran cütlük həlak olublar. Meksikalı futbolçunun spirtli içki qəbul etdikdə sonra sükan arxasına əyləşdiyi bildirilir.