İspaniya Avropa çempionu oldu - VİDEO

21 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.

Final görüşündə İspaniya ilə Almaniya üz-üzə gəlib.

Udinedə baş tutan qarşılaşmanın hər hissəsində bir qol vuran ispanlar AVRO-2019-un qalibi olublar. Almanların gücü yalnız son dəqiqələrdə fərqi minimuma endirməyə çatıb.

Avropa çempionatı

Final

İspaniya U-21 - Almaniya U-21 - 2:1

Ruiz, 7; Olmo, 69 - Amiri, 88