Braziliya Argentinaya qalib gələrək Amerika Kubokunun finalına çıxdı - VİDEO

Braziliyanın Belu-Orizonti şəhərində futbol üzrə Amerika Kubokunun yarımfinal mərhələsində Braziliya və Argentina yığmaları qarşılaşıb.

Oyun Braziliya yığmasının qələbəsi ilə yekunlaşıb.

Birinci qol oyunun 19-cu dəqiqəsində vurulub. Hücumçu Qabriel Jesuz Roberto Firminonun ötürməsini qola çevirib. İkinci qolu isə 71-ci dəqiqədə Roberto Firminonun özü vurub.

Braziliya Argentina yığmasına qalib gələrək Amerika Kubokunun ilk finalçısı olub. Bundan sonra Braziliya Çili və Peru qarşılaşmasının qalibi ilə finalda görüşəcək .