"Qalatasaray" Türkiyə Superkubokunun qalibi oldu

Futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olub.

Kubok uğrunda mübarizədə "Qalatasaray" və "Akhisar Bələdiyyəspor" qarşılaşıb.

Ankaranın "Eryaman" stadionunda keçirilən görüş İstanbul klubunun 1:0 hesabı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 38-ci dəqiqədə "Qalatasaray"ın yarımmüdafiəçisi Yunes Belanda vurub.

Beləliklə, "Qalatasaray" 16-cı dəfə Türkiyə Superkubokunun qalibi olub.