"Liverpul" "Çelsi"ni penaltilərdə məğlub etdi - Video

Türkiyənin İstanbul şəhərində UEFA superkuboku uğrunda oyun keçirilib.

Futbolqol.az xəbər verir ki, “Vodafone Park”da keçirilən görüşdə İngiltərənin iki təmsilçisi – "Liverpul" və "Çelsi" üz-üzə gəlib.

Oyunun əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da bərabərlik qeydə alınıb – 2:2. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Liverpool növbəti tituluna yiyələnib. “Qırmızılar” 4-cü dəfə UEFA superkubokunu qazanıblar.

UEFA superkuboku

14 avqust

Liverpool – Chelsea 2:2 (penaltilər 5:4)

Qol: Sadio Mane, 48; 95 – Olivye Jiru, 36. Jorjinyo, 101-pen.