“Fənərbağça” mövsümə darmadağınla başladı — VİDEO

Türkiyə Superliqasında 1-ci tura yekun vurulub.

Futbolqol.az xəbər verir ki, turun son matçında “Fənərbağça” öz meydanında “Qazişəhər”lə qarşılaşıb.

“Sarı-lacivərdlilər” rəqibini “qol yağışı”na tutub və matçdan 5:0 hesabı ilə qalib ayrılıb.

“Fənərbağça” - “Qazişəhər” - 5:0

Qollar: Mozes, 6-pen. Muriç, 17. Əmrə, 24-pen. Dirar, 74. Kadioğlu, 88.

Penaltini qaçırdı: Mozes, 13