"Barselona" - "Sevilya" matçında 4 qol, 2 qırmızı vərəqə - VİDEO

"Barselona" futbol komandasının argentinalı hücumçusu Lionel Messi İspaniya La Liqasının "Sevilya" ilə səkkizinci tur matçında qol vurub.

Bu qola qədər o Milanın "İnter"inə qarşı matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Kataloniyanın paytaxtında keçirilən səkkizinci turun qarşılaşması "Kamp Nou" stadionu sahiblərinin xeyrinə 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Messidən başqa, Luis Suares, Arturo Vidal və Osman Dembele fərqləniblər.