Səhvə yol verdi, kuryoz qola səbəb oldu - VİDEO

Almaniya Bundesliqasının 7-ci turunda "Borussiya" (Münhenqladbax) "Auqsburq"u 5:1 hesabı ilə məğlub edib.

"Borussiya Park"da keçirilən oyunda meydan sahiblərinin 4-cü qolunda qonaqların qapıçısı Tomaş Koubek səhvə yol verib.

Çexiyalı qapıçı müdafiəçinin ötürməsini qəbul edə bilməyib və yıxılıb. Fürsətdən Alassan Plea yararlanıb. Qarşılaşmada "Borussiya" 5:1 hesabı ilə qalib gəlib.