Ronaldonun oğlu 28 oyuna 58 qol vurub - VİDEO

İtaliyanın “Yuventus” komandasının futbolçusu Kriştianu Ronaldunun oğlu məhsuldarlığı ilə diqqət çəkib.

Futbolqol.az-ın “FootballTalentScout” a istinadən məlumatına görə, kiçik Kriştianu Ronaldu Turin təmsilçisinin U-9 komandasının heyətində 28 oyuna 58 qol vurub və 18 məhsuldar ötürmə verib.

Qeyd edək ki, ata Ronaldu cari mövsümdə A Seriyasında 8 oyuna 5 qol vurub. Çempionlar Liqasında isə o, 1 dəfə fərqlənib.