“Barselona”dan dramatik sonluq - VİDEO

İspaniya La Liqasında XXX tura start verilib.

Futbolqol.az-ın məlumatına görə, “Vilyareal” – “Barselona” görüşü isə dramatikliyi ilə yadda qalıb. Kataloniyalılar 2:0 hesabı ilə önə keçsə də, meydan sahibləri geri dönüş edərək 4 qol vurublar. Amma bu, qələbə üçün yetərli olmayıb. Messi və Suarez komandalarını məğlubiyyətdən xilas edə biliblər – 4:4.

“Vilyarreal” – “Barselona” – 4:4

Qollar: Çukvueze, 23, Ekambi, 50, İborra, 62, Bakka, 80 - Koutinyo, 12, Malkom, 16, Messi, 90+1, Suares, 90+4