PSJ bu qələbə ilə finala yüksəldi - VİDEO

Fransa kubokunda yarımfinal mərhələsinin son oyunu keçirilib.

Futbolqol.az-ın məlumatına görə, PSJ doğma meydanda "Nant"la qarşılaşıb və 3:0 hesablı qalib gəlib.

PSJ - "Nant" - 3:0
Qollar:
Verratti, 29, Mbappe-pen, 85, Alveş, 90

Bu qələbə ilə Paris təmsilçisi finala yüksəlib. Komanda həlledici görüşdə aprelin 27-i "Renn"lə üz-üzə gələcək.