Ramil Şeydayevin komandası Rusiya Premyer Liqasında yerini qorudu

"Krılya Sovetov" komandası 2019/2020 mövsümü üçün Rusiya Premyer Liqasındakı yerini qoruyub.

Futbolqol.az-ın məlumatına görə, Samara təmsilçisi I Divizion təmsilçisi"Nijni Novqorod"la keçid cavab oyununda sərfəli nəticəyə imza atıb.

"Samara Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45-ci dəqiqədə Daniil Fomin vurub. İlk görüşdə "Krılya Sovetov" 3:1 hesablı səfər qələbəsinə imza atdığı üçün iki oyunun nəticəsində Premyer Liqada qala bilib.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev bu görüşdə də "Krılya Sovetov"un start heyətində yer alıb.