A Seriyasına yüksələn 3-cü klub bəllidir

2019/20 mövsümdə İtaliya A Seriyasında çıxış edəcək 3-cü klub müəyyənləşib.

Futbolqol.az xəbər verir ki, pley-off mərhələsində "Çittadella”nı iki oyunun nəticəsinə görə (0:2, 3:0) məğlub edən "Verona” elitaya vəsiqə qazanıb.

Qeyd edək ki, "Verona”dan əvvəl "Breşiya” və "Leççe” də növbəti mövsümdə A Seriyasında iştirak hüququ qazanmışdı.