"Yuventus" Sarriyə görə 5 milyon ödəməyə hazırdır


"Çelsi”nin baş məşqçisi Maouritsio Sarri karyerasını İtaliyada davam etdirə bilər.

Futbolqol.az xəbər verir ki, Sarrinin xidmətində "Yuventus” maraqlıdır. Məlumata görə, Sarri də Turin nəhəngində işləmək niyyətindədir.
O, b ununla bağlı fikrini "Çelsi” rəhbərliyinə də bildirib. "Təqaüdçülər”in rəhbərliyi bu varianta "yox” demədiyi üçün, Sarri danışıq aparmaq üçün Turinə yollanıb.

Əgər "Yuventus” Sarri ilə razılığa gələrsə, onda "Çelsi”yə kompensasiya kimi 5 milyon avro ödəməli olacaq.


Sarri "Çelsi”də cəmisi bir ildir ki, çalışır. O, debüt ilində komandaya Avropa Liqasında qələbəyə daşıyıb.