"İnter" "Arsenal"ın kapitanından imtina etdi

"Arsenal"ın kapitanı Loran Koselni "İnter"ə təklif olunub.

Futbolçunun agenti bununla bağlı italyanlarla təmasa keçib.

Lakin A seriyası klubunun cavabı müsbət olmayıb. Belə ki, milanlılar heyətdə kifayət qədər müdafiəçi olduğunu əsas gətirərək, Fransa millisinin üzvündən imtina edib. 33 yaşlı futbolçu istənilən halda komandasını dəyişmək barədə düşünür.

Qeyd edək ki, 2010-cu ildən "Arsenal"da çıxış edən Loran Koselninin müqavilə müddəti gələn ilin yayına qədərdi.