7 futbolçu oyun satmaqda şübhəli bilinir

İspaniya polisi La Liqanın sonuncu turunun "Valyadolid" - "Valensiya" oyunu ilə bağlı araşdırma aparır.

Futbolqol.az "El Mundo"ya istinadən xəbər verir ki, meydan sahiblərinin 7 futbolçusunun oyunu verməkdə şübhəli bilinir.

Futbolçuların "Valyadolid"in hər iki hissədə məğlubiyyətinə pul qoyuluşu etdikləri və 10 min avro məbləğində mərc etdikləri bildirilib. Əvəzində onlar 2 dəfə çox qazanıblar.

Qeyd edək ki, qarşılaşma "Valensiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Yarasalar" bu nəticədən sonra Çempionlar Liqasına vəsiqə qazanıb. "Valyadolid" isə bu görüşədək 41 xalla La Liqada qalmağı bacarıb.