"Real" transferi rəsmiləşdirdi

“Ayntraxt”ın hücumçusu Luka Yoviçin “Real”a keçidi rəsmiləşib.

Futbolqol.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bundesliqada ötən mövsümün bombardirlərindən olan serbiyalı forvardla 5 illik müqavilə imzalanıb. Qeyri-rəsmi xəbərə görə, “Real”ın Yoviçə görə “Ayntraxt”a 60-70 milyon avro aralığında təzminat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Yoviç “Ayntraxt”a “Benfika”dan keçmişdi. O, başa çatan mövsümdə 17 qol vuraraq komandasının bombardiri olub.