Premyer Liqa klubundan Bundesliqaya

“Maynts” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolqol.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Belə ki, Bundesliqa təmsilçisi “Vest Hem”dən Edimilson Fernandesi transfer edib. 23 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2023-cü ilə qədər müqavilə imzalayıb.

İsveçrə millisinin də formasını geyinən Edimilson son mövsümü icarə əsasında “Fiorentina”da keçirib.