Braziliyalı futbolçu Barcelona-dan getmək istəyir

Barcelona-nın futbolçusu Filippe Koutinyo komandadan ayrılmaq istəyir. Futbolqol.az xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi və onun menecerləri Kataloniya təmsilçisinə məlumat verib.

Braziliyalı oyunçunun klubdakı mövqeyindən narazı olduğu və kollektivə uyğunlaşa bilmədiyi üçün ayrılmağı düşündüyü bildirilib. Filippe Koutinyo 2018-ci ilin yanvarında İngiltərənin Liverpool klubundan Barcelona-ya keçib.