Tottenham Eriksenə əvəzləyici tapıb

Tottenham yay transfer pəncərəsi dövründə klubdan ayrılacağı gözlənilən Kristian Eriksenə əvəzləyici tapıb. Futbolqol.az xəbər verir ki, London təmsilçisi Sporting-dən Bruno Fernandesi transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçinin agenti Migel Pinyonun Londonda olduğu və Tottenham rəhbərliyi ilə danışıqlar apardığı bildirilir.

Fernandeslə Tottenham-lə yanaşı, Manchester City, Manchester United, Atletico Madrid, PSG, Juventus kimi klublar da yaxından maraqlanır.

24 yaşlı oyunçunun transfer dəyəri 35 milyon avrodur.