Yığmamız bu dəfə heç-heçə etdi

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Futbolqol.az xəbər verir ki, rəqib yenə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası olub.

Oyun 2:2 hesablı heç-heçə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqlənib.

Qeyd edək ki, yığmamız dünənki oyunda Şimali Makedoniyaya 1:3 hesabı ilə uduzmuşdu.