Biliç yenidən İngiltərə klubunda

Xorvatiya yığmasının sabiq baş məşqçisi Slaven Biliç yenidən İngiltərədə çalışacaq.

50 yaşlı mütəxəssis "Vest Bromviç"lə anlaşıb.

"Vest Hem"in keçmiş çalışdırıcısı Çempionşip təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Ötən mövsümü 4-cü pillədə tamamlayan "Vest Bromviç" pley-offda məğlub olaraq, Premyer Liqaya vəsiqə şansını itirib.

Qeyd edək ki, Slaven Biliçin sonuncu iş yeri ötən mövsüm Səudiyyə Ərəbistanı klubu "Əl-İttihad" olub.